Yaponiyada sahildə naməlum şar aşkar olundu


Yaponiyanın Şizuoka prefekturasının sahillərində diametri 1,5 metr olan naməlum şar aşkar olunub.
Demedia.az “Daiichi TV” telekanalına istinadən xəbər verir ki, naməlum şar yerli sakin tərəfindən tapılıb və o, polisə bu barədə məlumat verib.
Hazırda polis sahilə girişi məhdudlaşdırıb. Şarın metal materialdan olduğu iddia olunur. Hadisə yerinə gələn mütəxəssislər araşdırmaları davam etdirir.