Müdafiə Nazirliyi məlumat yaydı



 12:15 21.02.2023     342

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən Demedia.az-a bildirilib.

Döyüş sursatlarının utilizasiya prosesi fevralın 25-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Qeyd edilib ki, aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək: “Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq”.