Vardanyan “vəzifəsindən” “azad edildi”
Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçıların tör-töküntülərinin lideri Araik Arutyunyan saxta “dövlət naziri” Ruben Vardanyanı “tutduğu vəzifədən azad edib”.
Demedia.az xəbər verir ki, məlumatı “Novosti Armenia” yayıb.
Qeyd edək ki, Rusiya vətəndaşlığından çıxarılan milyader Ruben Vardanyan Azərbaycanın bu bölgəsində qanunsuz fəaliyyətlə məşğul olub.
Ruben Vardanyan Azərbaycan torpaqlarında milli sərvətlərin qanunsuz istismarı ilə məşğul olub. Onun Qarabağda istənilən şəkildə qalması qalması Azərbaycanın qanunlarına ziddidr. Odur ki, Vardanyanın və onun kimi qanunsuz fəaliyyət göstərənlərin Azərbaycan ərazisini tərk etməsi vacibdir.