Ceyhun Bayramov: "Ermənistan konstruktiv danışıqlardan əsassız şəkildə yayınır"


"Ermənistana danışıqlar təklif olunan zaman onlar konstruktiv danışıqlardan əsassız şəkildə yayınır".
Demedia.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazir hesab edir ki, Ermənistan sülh prosesi üzrə danışıqların mahiyyətinə də ciddi zərbə vurur:
"Artıq biz demək olarsa, bu sahədə onlayn diplomatiyaya keçmişik. Şərtlər bir-birimizə ötürülür. Bunun nə qədər effektiv olacağını zaman göstərəcək".
C.Bayram əlavə edib ki, Azərbaycan kostruktiv tərəf olaraq bu istiqamətdən də imtina etmir.