Azərbaycan səfiri Türkiyə XİN rəsmisi ilə görüşüb
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə baş direktoru, səfir Gökhan Turan ilə görüşüb.
Demedia.az xəbər verir ki, bu barədə səfir tviter hesabında qeyd edib.
Tərəflər Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif sahələri və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.