Azərbaycanda dinc sakinlərin atəşə tutulması ilə bağlı 21 erməni axtarışa verilib
Ötən il sentyabrın 27-dən bu vaxta qədər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilmiş cinayətlərə görə 21 nəfər beynəlxalq axtarışa verilib.
Trend-in məlumatına görə, həmin şəxslər Baş Prokurorluqda başlanmış cinayət işləri üzrə təqsirli bilinib.
Həmin faktlarla bağlı 62 cinayət işi başlanılıb. Axtarışa verilən şəxslərdən 17-si xarici ölkə vətəndaşları olan muzdlu şəxslər, 4 nəfəri isə Ermənistan vətəndaşıdır. Həmin vaxt erməni silahli birləşmələri Azərbaycanın 3 şəhər və 16 rayonunu atəşə tutub. Hadisə nəticəsində adıçəkilən ərazilərə 29,1 min mərmi, 227 raket atılıb. Hadisə nəticəsində Azərbaycanın həmin yaşayış məntqələrində 102 nəfər qətlə yetirilib. Onlardan 12-si uşaq, 62-si kişi, 28-i isə qadındır. 51 uşaq, 102 qadın və 270 kişi olmaqla ümumilikdə 423 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.