Zəlzələdən sonra 2 vətəndaşımız... - XİN açıqladı



 13:01 11.03.2023     464

"İndiyə qədər Türkiyədə 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam etdirilir".

Bu barədə Demedia.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

"Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib", - məlumatda qeyd olunub.

Xatırladaq ki, zəlzələ baş vermiş gündən etibarən Türkiyədən Azərbaycana ümumilikdə 686 nəfər təxliyə olunub.