Rusiya Zəngəzurda yaralanan hərbçiləri ilə bağlı araşdırma aparır



 17:16 23.03.2023     310

Rusiya Müdafiə Nazirliyi Zəngəzurda iki rus hərbçisinin yaralanması ilə bağlı hadisənin başvermə şəraitini araşdırır. 

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. 

Onun sözlərinə görə, araşdırmanın nəticəsini gözləmək lazımdır: "Rəsmi açıqlamadılqarımızı telefonla müttəfiqlərimizə çatdırırıq. Rusiyanın öz mövqeyini müxtəlif müttəfiqlərə, tərəfdaşlara və dostlara çatdırmaq üçün müxtəlif vasitələri var".