Azərbaycanda sabiq nazir vəfat etdi
Azərbaycanın keçmiş daxili işlər naziri Abdulla Allahverdiyev Türkiyədə müalicə aldığı klinikalardan birində dünyasını dəyişib.
Demedia.az xəbər verir ki, bu haqda “Haqqin.az” məlumat yayıb.
Xatırladaq ki, Abdulla Allahverdiyev 1993-cü il aprelin 16-dan iyunun 17-dək Azərbaycan daxili işlər naziri olub. O, Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin oğlu idi.