Azərbaycan səfiri Türkiyə XİN-in müavini və MTŞ-nin baş katibinin müavini ilə görüşüb



 09:12 18.04.2023     309

Azərbaycan səfiri Rəşad Məmmədov Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar və Milli Təhlükəsizlik Şurasının baş katibinin müavini general-mayor Alper Eser ilə görüşüb.

Demedia.az xəbər verir ki, bu barədə səfir tviterdə paylaşım edib.

Görüşlər zamanı Azərbaycanla Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub.