Lavrovla Bayramov konfransa bir dəqiqəlik sükutla başladı



 13:04 11.05.2021     421

Bir neçə dəqiqə öncə öyrəndik ki, Rusiyanın Kazan şəhərində faciə baş verib.

Nexeber.az xəbər verir ki, bu sözləri Azərbaycan XIN rəhbəri Ceyhun Bayramov Rusiya XİN başçısı Sergey Lavrovla keçirilən görüşün nəticələrinə həsr olunmuş konfransda deyib.

O bildirib ki, terror aktı məktəbdə olub və tələfat var.

Konfransda həyatını itirənlər bir dəqiqəlik sükutla yad edilib.