Paşinyan ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsini müzakirə edib
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu İrəvanda qəbul edib.
Demedia.az “Novosti Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsini müzakirə ediblər.