"Vətən müharibəsindən sonra Azərbaycanla Fransa arasında fikir ayrılıqları yaranıb"



 15:41 27.04.2023     364

"Vətən müharibəsindən sonra Azərbaycanla Fransa arasında fikir ayrılıqları yaranıb".

Demedia.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O xatırladıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz Konstitusiyası, BMT Nizamnaməsi və legitim hüquqlarına əsaslanaraq torpaqlarını azad etdi:

"Ancaq postmünaqişə dövründə Fransa ilə münasibətlərdə müəyyən fikir ayrılıqları yarandı. Buna baxmayaraq, Azərbaycan hətta gərginlik dövründə belə təmasları davam etdirib. Biz təmaslara həmişə açıq olmuşuq".