"Ermənistan gərginlik yaradır, Qarabağa silah daşıyır" - Çavuşoğlu



 13:01 03.05.2023     447

“Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan və Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını istəyir”.

Demedia.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan Ermənistana sülh təklif edib: “Ermənistan başqasının torpaqlarından çıxarılmağı həzm edə bilmir. Ermənilər gərginlik yaradır, Qarabağa silah daşıyır”.