Kosmik gəmi 276 gün sonra Yerə qayıtdı
Çin təkrar istifadə edilə bilən kosmik gəminin sınaqlarını uğurla başa vurub. Gəmi bazar ertəsi Yerə qayıdıb.
Demedia.az xəbər verir ki, bu barədə Çin Kosmik Elm və Texnologiya Korporasiyasından xəbər verilib.
Bildirilir ki, aparat Çinin şimal-qərbindəki Qansu əyalətindəki Ciuquan kosmodromundan buraxılıb. O, orbitdə 276 gün qalıb.
Bununla belə, aparatın necə bir kosmik gəmi olduğu, hansı texnologiyaların sınaqdan keçirildiyi, nə qədər hündürlükdə uçduğu və buraxıldığı gündən (2022-ci il avqustun əvvəlindən) hara getdiyi barədə heç bir təfərrüat açıqlanmayıb.
Gəminin görüntüləri də hələlik yayılmayıb. Ancaq cihazın uğurlu sınağının Çinin təkrar istifadə oluna bilən kosmik gəmilərin texnoloji tədqiqatları sahəsində nailiyyəti hesab olunduğu vurğulanıb.
Qeyd edək ki, 2021-ci ildə də bənzər kosmik gəmi də fəzaya buraxılmış və Yerə qayıtmışdı. Həmin vaxt da missiya gizli saxlanılmışdı. Çinin ovaxtkı baş kosmik podratçısına görə, gəmi Yerə üfüqi eniş edib.