Brüssel görüşünün proqramı açıqlandı



 15:16 13.05.2023     503

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək görüşün proqramı açıqlanıb.

Demedia.az-ın xəbərinə görə, Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan liderlərinin sabah Brüsseldə danışıqlar aparacağını təsdiqləyib.

Bildirilib ki, görüş Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək.

Danışıqlar yerli vaxtla günortadan sonra başlayacaq.

Üçtərəfli görüşdən əvvəl Ş.Mişel N.Paşinyanla, daha sonra isə Prezident İlham Əliyevlə ikitərəfli görüş keçirəcək.