Bu ərazilər Suriyaya qaytarıla bilər - Dördlük müzakirə edəcək



 13:59 19.05.2023     462

Türkiyə, Rusiya Federasiyası, Suriya və İran nümayəndə heyətlərinin hərtərəfli danışıqlar üçün iyunun sonunda görüşü mümkündür.

Demedia.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

"Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması prosesində xarici işlər nazirlərinin həlledici görüşündən sonra nazir müavinləri arasında növbəti təmas planlaşdırılır. Nümayəndə heyətlərinin hərtərəfli danışıqları üçün tarix iyunun sonudur", - qəzet yazır.

Nəşrin əldə etdiyi məlumata görə, Moskvada keçirilən xarici işlər nazirləri dördlüyü görüşü texniki nümayəndə heyətlərinin əvvəlki görüşlərindən daha mötədil olub.

Türkiyənin masada duran prioritetləri arasında ən çox diqqət çəkən mövzu terrorla mübarizdir. Bu məsələ bütün aspektləri ilə Suriyanın xarici işlər naziri Mikdat Faysalın diqqətinə çatdırılıb: "Terrorla mübarizədə birgə addımların atılması təklif edilib. Fəratın qərbindəki Tel-Rifat və Mənbicdə PKK-YPG-nin (qanunsuz PKK) varlığının ortaq əməliyyatlarla təmizlənə biləcəyi və bu ərazilərin Suriyanın nəzarətinə qaytarıla biləcəyi bildirilib”.

Onun mənbələri bildiriblər ki, Türkiyə də Suriya müxalifəti ilə siyasi prosesdə güzəştə getmək üçün danışıqlar aparır.

"Qaçqınların geri qayıtması ilə bağlı əsas prinsip "könüllü, təhlükəsiz və ləyaqətli qayıdış"dır. Bu məqsədlə Rusiya, İran və Türkiyənin bu prosesə qarant kimi cəlb edilməsi məsələsi gündəmdədir", - nəşr yazır.

Bundan əvvəl Moskvada Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib. Danışıqlar Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması və ziddiyyətlərin aradan qaldırılması cəhdləri fonunda baş tutub.(publika.az)