XİN Ermənistana xəbərdarlıq etdi
"Ermənistan bölgədə sülh tərəfdarıdırsa, müdaxilələrə son qoymalıdır".
Demedia.az xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərhində əksini tapıb.
Bildirilib ki, Azərbaycan ərazisinə beynəlxalq missiya göndərilməsinin Ermənistan tərəfindən hələ də təşviq olunması, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə Azərbaycan hökumətinin dialoquna hər vəchlə mane olması Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Əgər Ermənistan bölgədə sülh və əmin-amanlıq tərəfdarıdırsa, bu kimi müdaxilələrə son qoymalıdır.