Baş katib: “Türk dövlətləri arasında əməkdaşlıq daha da gücləndirilməlidir”
“Türk dövlətləri arasında əməkdaşlıq daha da gücləndirilməlidir”.
Demedia.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyev İstanbulda keçirilən “Böyük Türkiyə vizyonu” panelində çıxışı zamanı deyib.
O bildirib ki, bu, həm də dünyadakı mürəkkəb durumla bağlıdır.
Baş katibin sözlərinə görə, Türk dövlətləri arasında əməkdaşlığın güclənməsi terrorla mübarizəyə də töhfə verəcək.
K.Omuraliyev qeyd edib ki, TDT-nin region və dünyadakı rolu getdikcə artır:
“Səmərqənddə keçirilən iclaslarda mühüm qərarlar qəbul etmişdik. Biz 2040-cı ilə kimi əsas strategiyamızı müəyyənləşdirmişik”.