Binəli Yıldırım Azərbaycanı təbrik edib



 21:18 28.05.2023     315

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.

Demedia.az xəbər verir ki, o, təbrikini tviterdə paylaşıb.

“Tək millət, iki dövlət. Müstəqillik Günün mübarək olsun, Azərbaycan. Qardaşlarıma səmimi salamlarımı çatdırıram”, - B.Yıldırım yazıb.