MM-də mühüm müzakirə: Pensiya yaşı 3 il endirilsin
Pensiya yaşı kişilər üçün 62, qadınlar üçün isə 59 olmalıdır.
Demedia.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Tahir Kərimli deyib.
O qeyd edib ki, pensiya yaşı mütləq aşağı salınmalıdır:
"Amma burada seçim də qoyulmalıdır. Əgər vətəndaş özü pensiyaya çıxmaq istəyirsə, bunu onun özünün seçiminə buraxmaq lazımdır. Bir çox ölkələrdə pensiyaya çıxmaq yaş həddi bizdən aşağıdır. Ona görə də bu məsələyə bir qədər diqqətlə yanaşmalıyıq".