Rusiya son sutkada Ukraynada mindən çox hərbçisini itirib



 13:55 09.06.2023     391

Rusiya Silahlı Qüvvələri Ukraynada son sutka ərzində 1010 hərbçi itirib.

Demedia.az Report-a istinadən xəbər verir ki,  bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ümumilikdə, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 213 770 hərbçisi məhv edilib.

Qeyd edilib ki, Rusiyanın digər döyüş itkiləri 3 901 tank, 7600 zirehli maşın, 3189 operativ-taktiki PUA, 3702 artilleriya sistemi, 359 hava hücumundan müdafiə sistemi, 584 reaktiv yaylım atəş sistemi, 313 təyyarə, 298 helikopter, 6410 avtomobil və tanker,18 gəmi, 1136 qanadlı raket və 502 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.