"Can Azərbaycanla münasibətlərimiz..." - Ərdoğan
"Bir millət, iki dövlət şüarı ilə hərəkət etdiyimiz can Azərbaycanla münasibətlərimiz bütün dünyada qibtə ilə izlənilir".
Demedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kabinetinin 8 saat davam edən iclasından sonra verdiyi açıqlamada bildirib.
"Nə zaman Azərbaycanın başı dara düşsə, ilk yardıma qaçan biz olduq. Biz də nə vaxt ehtiyacımız olsa, azərbaycanlı qardaşlarımızı yanımızda gördük. Əsrin fəlakəti olan 6 fevral zəlzələrində küçədəki vətəndaşından dövlət başçısına qədər Azərbaycanın sərgilədiyi mövqeni əsla unutmayacağıq. Avtomobilinin üzərinə varını-yoxunu yığaraq yollara düşən, qızının cehizini zəlzələdən zərər çəkənlərə bağışlayan, bizimlə sevinib, bizimlə ağlayan böyük ürəkli insanları daim şükürlə və ehtiramla yad edəcəyik", - Ərdoğan deyib.