Ermənistanda eks-nazir həbs edildi
Ermənistanın keçmiş elm və təhsil naziri, Respublika Partiyasının sədr müavini Armen Aşotyan həbs olunub.
Demedia.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə onun partiya yoldaşı Eduard Şarmazanov məlumat yayıb.
Eks-nazirin niyə həbs olunduğu hələ ki açıqlanmayıb.
Qeyd edək ki, Aşotyan daha əvvəl vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunub.