Ordumuz mövqeləri irəli çəkdi - VİDEO



 16:33 19.05.2021     541

Xankəndidəki separatçıların özünü “deputat” kimi təqdim edən qanundakənar üzvü David Qalstyan Azərbayan Ordusunun Qarabağdakı mövqelərini irəli çəkdiyini deyib.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, o, bunun fərqli istiqamətlərdə olduğunu, “təhlükəsizliyə görə” konkret əraziləri deyə bilməyəcəyini qeyd edib.

“Nə qədə ağrılı olsa da, deməliyəm ki, bu gün Azərbaycanın diktəsindən asılıyıq”, - separatçı bildirib.

Qeyd edək ki, Qaragöllə bağlı bu gün keçirilməsi gözlənilən danışıqların da baş tutmadığı bildirilir. Ermənistan MN rəsmi açıqlama yayaraq, Azərbaycan tərəfinin görüşə gəlmədiyini elan edib.