Binəli Yıldırım Şuşaya getdi - Fotolar
Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırım Şuşaya səfər edib.
Demedia.az xəbər verir ki, o bu barədə tviterdə yazıb.
“Türk millətinin iki mötəbər dövləti olan Türkiyə ilə Azərbaycan arasında strateji əlaqələrin gələcək yol xəritəsini müəyyən etmək üçün təşkil etdiyimiz “Azərbaycan-Türkiyə Strateji Müttəfiqlik Əlaqələri: Gələcəyimizin Ortaq Yol Xəritəsi” mövzusunda beynəlxalq konfransının xeyirli olmasını arzulayıram”, - paylaşımda qeyd edib.