Ağdamda 3 177 hektar əkin sahəsi minalardan təmizlənib
İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi davam etdirilir.
Ağdam rayon İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, artıq rayon ərazisində 3177 hektar əkin sahəsi mina və partlamamış sursatlardan təmizlənib. Təmizlənmiş ərazilərin 2195 hektarına buğda əkilib.
Hazırda əkin sahələrinin təmizlənməsi davam etdirilir.