İcra başçısı vətəndaşlar tərəfindən döyülüb? - Rəsmi açıqlama
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar həqiqəti əks etdirmir.
Demedia.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə Neftçala RİH başçısı M.Seyidovun səyyar qəbul zamanı vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar yayılıb.