"Cıdır" restoranında nöqsanlar aşkarlandı



 16:40 23.06.2023     340

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda "Şah bağı" İran nemətləri mağazasında və məşhur restoranda nöqsanlar aşkarlayıb.

Bu barədə Demedia.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "Şah bağı" İran nemətləri mağazasında obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı aşkarlanıb.

Həmçinin, Bakının Nərimanov rayonu, N.Nərimanov küçəsində yerləşən "Cıdır" restoranında nöqsanlar tapılıb.

Belə ki, bu obyektdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi aşkarlanıb.

Qeyd edək ki, Agentlik əməkdaşları tərəfindən iyunun 21-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 10 ticarət müəssisəsi, 7 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 8 müəssisədə nöqsanlar müəyyən olunub.