Kəmaləddin Heydərov ona yüksək vəzifə verdi
Fövqəladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə yeni rəis müavini təyin edilib.
Demedia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, FHN rəhbəri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Əkbər Əli oğlu Quliyev agentliyə rəis təyin olunub.
Qeyd edək ki, Əkbər Quliyev sözügedən agentlikdə baş məsləhətçi vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi çalışıb. Fizika-riyaziyyat üzrə elmlər namizədidir.