Fidan və Blinken Ukraynadakı vəziyyəti müzakirə ediblər



 09:07 09.07.2023     335

Türkiyənin xarici işlər naziri Hakan Fidan və amerikalı həmkarı Entoni Blinken arasında telefon danışığı olub.

Demedia.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, tərəflər telefon danışığında NATO-nun genişlənməsi, Vilnüsdə keçiriləcək Alyansın Liderlər Zirvəsi, BMT-nin Suriyaya transsərhəd yardım mexanizminin uzadılması və Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıb.