"Türk Ermənistana girib, türk Ermənistanda erməni əsgərləri döyür" - Erməni isterikası
"Nikol qeyd edir ki, Ermənistanda rəqib propoqanda yayılmasına töhfə verən xarici agentlər var".
Nexeber.az ordu.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Ağasi Yenokyan "Facebook" səhifəsində yazıb.
"Nikol düz deyir. Ermənistanda Azərbaycan informasiya və təbliğat materialları yayılır. Bunun səbəbi birdir - Ermənistan jurnalistləri və digər insanları narahat edən inkişaflar haqqında hər hansı məlumat yaymır.
Türk Ermənistana girib, türk Ermənistanda erməni əsgərləri döyür.
Nikol Paşinyan, jurnalistlərin informasiya əldə etməsini qadağan edən MTX rəhbəri, informasiyanı gizlədən Müdafiə naziri xarici agentlərdirlər", - deyə o qeyd edib.