İlham Əliyev 2 fərman imzaladı



 17:31 18.07.2023     319

Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 896-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2003-cü il 5 iyun tarixli 878 nömrəli, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 25 noyabr tarixli 38 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Demedia.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 12-ci maddəsinin səkkizinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi nəzərdə tutulur.

2. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 498; 2007, № 11, maddə 1114; 2009, № 12, maddə 977; 2011, № 2, maddə 84; 2014, № 3, maddə 242; 2017, № 6, maddə 1116, № 7, maddə 1317; 2020, № 6, maddə 690, № 7, maddə 881, № 12 (I kitab), maddə 1501; 2021, № 6 (I kitab), maddə 567, № 11, maddə 1219) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. dördüncü abzasda “və beşinci hissələrində” sözləri “, beşinci hissələrində, altıncı hissəsinin ikinci cümləsində və həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndində” sözləri ilə əvəz edilsin;

2.2. beşinci abzasda “birinci və dördüncü hissələrində” sözləri “dördüncü hissəsində” sözləri ilə əvəz edilsin;

2.3. doqquzuncu abzasdan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə” sözləri çıxarılsın;

2.4. onuncu, on birinci və on ikinci (hər iki halda) abzaslarda “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin;

2.5. on üçüncü abzasda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “tabeliyindəki tibb müəssisələrinə münasibətdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə və həmin abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

2.6. aşağıdakı məzmunda on dördüncü abzas əlavə edilsin:

“həmin Qanunun 12-ci maddəsinin səkkizinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi nəzərdə tutulur.”.

3. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyun tarixli 878 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 284) 2-ci hissəsi ləğv edilsin.

4. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 noyabr tarixli 38 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1342) 3-cü hissəsi ləğv edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin altıncı hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

5.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyul tarixli 213 nömrəli, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” 2019-cu il 31 yanvar tarixli 502 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 fevral tarixli 946 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərmanimzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1639; 2019, № 2, maddə 219; 2020, № 6, maddə 690, № 12 (I kitab), maddə 1483; 2021, № 6 (I kitab), maddə 570, № 11, maddə 1219; 2022, № 5, maddə 445, № 8, maddə 839; 2022, № 8, maddə 839, № 12, maddə 1450) ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”nin 3.1.9-1-ci və 3.1.24-1 – 3.1.24-7-ci yarımbəndləri ləğv edilsin.

2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1499, № 11, maddə 2239; 2019, № 7, maddə 1217; 2020, № 7, maddə 861; 2021, № 6 (I kitab), maddə 573, № 8, maddə 916; 2023, № 3, maddə 347) 2.6-cı bəndində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90, № 11, maddə 1719; 2020, № 8, maddə 1039, № 12 (I kitab), maddə 1479; 2021, № 3, maddə 225, № 5, maddə 452, № 6 (I kitab), maddə 572, № 9, maddə 989, № 10, maddə 1103; 2022, № 5, maddə 462, № 6, maddə 599, № 12, maddə 1438) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın “7. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 7.2.16-cı, 7.3.1.11-ci, 7.3.2.11-ci, 7.3.3.11-ci, 7.3.4.11-ci, 7.3.5.12-ci, 7.3.6.12-ci, 7.3.7.13-cü, 7.3.8.12-ci, 7.3.9.13-cü, 7.3.10.13-cü, 7.3.11.12-ci, 7.3.12.13-cü, 7.3.13.12-ci, 7.3.14.13-cü, 7.3.15.13-cü, 7.3.16.13-cü, 7.3.17.13-cü, 7.3.18.13-cü, 7.3.19.13-cü, 7.3.20.11-ci, 7.3.21.12-ci, 7.3.22.13-cü, 7.3.23.13-cü, 7.3.24.13-cü, 7.3.25.14-cü, 7.3.26.11-ci, 7.3.27.9-cu, 7.3.28.13-cü, 7.3.29.12-ci, 7.3.30.12-ci, 7.3.31.13-cü, 7.3.32.14-cü, 7.3.33.13-cü, 7.3.34.13-cü, 7.3.35.14-cü, 7.3.36.13-cü, 7.3.37.12-ci, 7.3.38.14-cü, 7.3.39.13-cü, 7.3.40.13-cü, 7.3.41.12-ci, 7.3.42.13-cü, 7.3.43.13-cü, 7.3.44.13-cü, 7.3.45.14-cü, 7.3.46.14-cü, 7.3.47.13-cü, 7.3.48.12-ci, 7.3.49.13-cü, 7.3.50.14-cü, 7.3.51.12-ci, 7.3.52.14-cü, 7.3.53.13-cü, 7.3.54.11-ci, 7.3.55.12-ci və 7.3.56.12-ci yarımbəndlərinin “İcraçılar” sütununda “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.

4. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 92, № 12, maddə 1941; 2020, № 5, maddə 562, № 12, maddə 1502; 2021, № 7, maddə 731; 2022, № 12, maddə 1450) 6.13-cü bəndində “tabeliyindəki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi qismində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634; 2020, № 4, maddə 417; 2021, № 5, maddə 445, № 6 (I kitab), maddə 566, № 8, maddə 919, № 10, maddə 1114, № 12, maddə 1406; 2022, № 5, maddə 462, № 7, maddə 761, № 8, maddə 848; 2023, № 3, maddə 347) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 4.1.16-2-ci yarımbənd əlavə edilsin:

“4.1.16-2. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi;”.

6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 104, № 12 (I kitab), maddə 1467; 2021, № 4, maddə 315; 2023, № 3, maddə 353) ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. aşağıdakı məzmunda 2.1.8-1-ci yarımbənd əlavə edilsin:

“2.1.8-1. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi;”;

6.2. 2.18.2-ci yarımbənddə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin” sözləri ilə əvəz edilsin;

6.3. 2.23.2-ci yarımbənddə “İcbari Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.