FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətində təlim - Foto



 16:14 24.05.2021     440

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən fövqəladə hal zonasında axtarış və qəza-xilasetmə işlərinin təşkil edilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qüvvə və vasitələrin idarə edilməsi, əməliyyat qərarlarının verilməsi sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi məqsədilə komanda qərargah təlimi keçirilib.

FHN-dən Nexeber.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xətti vasitəsilə şərti olaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin Əməliyyat növbətçi hissəsinə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi istiqamətində dənizdə sahildən 4-5 km məsafədə iki motorlu qayıqda köməksiz vəziyyətdə 6 nəfər balıqçının qalması barədə məlumat daxil olub. Xidmətin müvafiq xilasetmə qüvvələrinin dərhal hazırlıq vəziyyətinə gətirilərək “hadisə zonasına yürüşü” təşkil edilib, həyata keçirilən operativ tədbirlər sayəsində həyati təhlükə ilə üzləşmiş vətəndaşlar xilas ediliblər.

Azərbaycanda bu günədək 327601 nəfərdə COVID-19 aşkarlanıb, 4713 nəfər vəfat edib

Ali məktəblərin bakalavriat səviyyəsinə müsabiqədənkənar qəbul olunan tələbələrə “adi” təqaüd veriləcək

Mehriban Əliyeva Ümumdünya Mədəni Müxtəliflik Günü ilə bağlı paylaşım edib

Təlim zamanı diqqət əməkdaşların baş verən fövqəladə hal zamanı vəziyyətin çevik təhlili, operativ qərarvermə, qəza-xilasetmə qüvvələrinin koordinasiyası və tətbiqi üzrə təcrübələrinin təkmilləşdirilməsinə yönəldilib.

Yekunda təlimin nəticələri müzakirə edilib. Ümumilikdə qarşıya qoyulmuş məqsədlərə nail olunub