“Azərbaycanla sülh müqaviləsinin imzalanması zərurətdir" - Paşinyan



 13:55 25.07.2023     299

“Azərbaycanla sülh müqaviləsinin imzalanması zərurətdir".

Demedia.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə deyib. 

“Ermənistanla həmsərhəd olan ölkələrin heç biri digəri ilə qarşıdurma münasibətlərinə malik deyil və hətta ən aktual məsələlərin həlli düsturu da maraqlar balansı hesabına daha effektli olan əməkdaşlıq siyasəti sayəsində mümkündür. Bu baxımdan, İran və Gürcüstanla münasibətlərimizin təbii şəkildə inkişaf etdiyini və bundan sonra da inkişaf etməli olduğunu nəzərə alsaq, Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşdırılması zərurətdir”, - deyə Paşinyan bildirib.