Hikmət Hacıyev Simonyana cavab verdi



 20:15 27.07.2023     382

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan parlamentinin sədri Alen Simonyana cavab verib.

Demedi.az xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı "Twitter"də paylaşım edib.

“Ermənistanın siyasi rəhbərliyi sözlə oynamaq əvəzinə, Laçın yolu ətrafında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş manipulyasiya, dezinformasiya və yanlış məlumatlandırma oyunlarına, təbliğat kampaniyasına son qoymalıdır! Ağdam-Xankəndi yolu açıq və işləkdir!”, - paylaşımda qeyd olunub.