Zəngəzur dəhlizini yenidən qazandıq - Paşayeva



 17:33 25.05.2021     416

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Avrasiya Ekonomik ilişkilər Dərnəyi”nin (“EkoAvrasiya”) “Türkiyə-Azərbaycan əlaqələrində güncəl gəlişmələr” adlı konfransında məruzə ilə çıxış edib.

Nexeber.az xəbər verir ki, “EkoAvrasya” İdarə heyəti başqanı Hikmət Ərənin aparıcısı olduğu konfransda Xəzər və Qara dəniz hövzəsinin iki önəmli gücü olan Azərbaycanla Türkiyə arasındakı çoxvektorlu əlaqələr, Azərbaycan Ordusunun işğaldan qurtardığı Qarabağdakı son durum, Azərbaycan-Türkiyə strateji əlaqələrinin bölgəsəl istiqrara qatqıları və mövcud işbirliyinin Türk dünyasına yansımaları dəyərləndirilib.

Komitə sədri Qənirə Paşayeva bildirib:

“Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə işbirliyi daha da güclənəcək. İşğaldan qurtardığımız torqaqlarımız çox böyük potensiala sahibdir. Ermənistan binalarımızı, evlərimizi, tarixi abidələrimizi, camilərimizi, hətta qəbirstanlıqlarımızı darmadağın edib. Bu, Qarabağdan Azərbaycanın min illərə dayalı izlərini silib, özlərinin təqribən iki yüzil civarını əhatə edən qondarma izlərini dərinləşdirməyə xidmət edirdi. Necə ki, indi Ermənistan adlanan Qərbi Azərbaycanda bunu ediblər.

Biz indi Qarabağda tikinti-bərpa işlərinə başlamışıq. Hava limanları, quru yollar, dəmir yolları, elektrik xətləri, su qaynaqlarından səmərəli istifadə və s. tikilir, yenidən qurulur. Bu işlərə qardaş Türkiyənin şirkətləri də cəlb olunub.

Biz Qarabağ zəfərindən sonra Zəngəzur dəhlizini də yenidən qazandıq. Bu çox önəmli hadisədir. Azərbaycanın tarixi zəfəri bütün Türk dünyasına qapı açır. Artıq bir dövr qapanıb, yeni reallıq yaranıb və hər kəs bu reallıqla barışmalıdır”.