Xaçatryanın qətliam törətdiyi yerdən - Fotolar /Video
“Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb”.
Demedia.az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov AzTV-də “Əsas məsələ” verilişində deyib.
Uzun müddət aparılmış istintaq nəticəsində Xaçatryan Vaqif Çerkəzoviçin şəxsiyyətinin müəyyən edildiyini qeyd edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi 2013-cü ildən Vaqif Xaçatryanın beynəlxalq axtarışa verildiyini vurğulayıb.
1992-ci il yanvarın 11-də Baş prokurorluğun əməkdaşları tərəfindən Meşəli kəndində hadisə yerinə baxış keçirildiyini bildirən İ.Səfərov hadisə yerinin fotolarını təqdim edib.