Zəngəzurda son vəziyyət: Ermənilər tələbləri yerinə yetirir?
- Sünikin (Zəngəzur) keçmiş qubernatoru Vahe Akopyan Azərbaycanın Qorayk kəndi istiqamətində irəlilədiyini deyir: “Ermənistan məsələni güc yolu ilə həlli imkanını itirdi, indi hərbi-siyasi rəhbərlik nə edəcəyini bilmir”.
- Geqarkunikdə (Göyçə gölü istiqaməti) icma rəhbəri Akop Avetyan Azərbaycan hərbçilərinin mövqelərində möhkəmləndiyini deyir: “Kəndlərimizdən 4-5 kilometr məsafədədirlər. Bir təpədə mövqe tutublar və kəndlərimiz nəzarət altındadır”.
- Rusiya sülhməramlıların komandanı Rüstəm Muradov sərhəd məsələsini müzakirə etmək üçün mayın 24-də Bakıda olub. Muradov bu gün İrəvanda Azərbaycanın tələblərini müzakirə etmək məqsədilə Ermənistan müdafiə naziri Vaqraşak Arutyunyanla görüşüb. Daha sonra Ermənistan təhlükəsizlik xidmətinin rəhbəri Armen Abazyanla eyni mövzunu müzakirə edib. “Hraparak” qəzetinin əldə etdiyi məlumata görə, Ermənistan tərəfi Azərbaycanın bəzi tələblərini yerinə yetirməyə razılaşıb.