Arvadının bişirdiyi ən zəhərli göbələyi yeyib sağ qaldı
Avstraliyada keçmiş həyat yoldaşının valideynlərini şam yeməyinə dəvət edən və zəhərli göbələk yedizdirərək onların ölümünə səbəb olan Erin Patterson gündəmindən düşmür.
Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qadının keçmiş əri Saymon Klarinqbold illər öncə Erinin onu zəhərləyib. Lakin o, möcüzə nəticəsində sağ qalıb.
Hadisə 1998-ci ildə baş verib. Həmin vaxt onun 39 yaşı olub və qaçış marafonlarına qatıldığı üçün sağlamlıq durumu yüksək səviyyədə olub. Avstraliyalının sözlərinə görə, bir axşam o, həyat yoldaşının hazırladığı, tərkibində göbələk olan yemək yeyib. Saymon özü bu ən təhlükəli göbələyi yeməli şampinonla səhv salaraq evə gətirib.
Yeməkdən sonra kişinin vəziyyəti kəskin şəkildə pisləşib. O, xəstəxanaya çatdırılıb və məlum olub ki, yeyilən göbələk insanlar üçün son dərəcə təhlükəli növ olub. Klarinqbald özü isə belə hesab edir ki, göbələklərdə çoxlu toksin olmadığı üçün sağ qalıb.