Prezident Sergey Məlikova başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı verib.
Demedia.az xəbər verir ki, bununla bağlı Sergey Məlikova başsağlığı məktubu ünvanlanıb.
Məktubda deyilir:
"Hörmətli Sergey Alimoviç,
Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni son dərəcədə kədərləndirdi.
Ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyirəm.