MM-də Şuşa müzakirəsi gedir TƏCİLİ
Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanununun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb.
Axar.az xəbər verir ki, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin mayın 25-də keçirilən iclasında layihənin birinci oxunuşda müzakirə edildiyini bildirib.
Deputat deyib ki, deputatların mütləq əksəriyyəti qanun layihəsini dəstəkləyib:
“Birinci oxunuş müzakirələri zamanı həmkarlarım Azay Quliyev, Erkin Qədirli, Siyavuş Novruzov, Fazil Mustafa və digərləri bir sıra təkliflərlə çıxış ediblər. Biz bu təklifləri qanunvericilik subyekti ilə işçi qaydada müzakirə etmişik. Bəzi təkliflər qəbul edilib”.
Mədəniyyət komitəsinin sədri deyib ki, ötən gün parlamentin dörd komitəsi qanun layihəsini müzakirə edib və onu ikinci oxunuşda plenar iclasın ündəliyinə çıxarılmasını tövsiyə ediblər:
“Həmkarlarımı layihəni dəstəkləməyə dəvət edirəm. Bununla siz mədəniyyət paytaxtı olan qədim Şuşa şəhərinin qorunması və inkişafına dəstək vermiş olacaqsınız”.
Deputat Tahir Rızayev isə təklfif edib ki, Şuşaya qəhraman şəhər adı verilsin, Azərbaycan əsgərinin şərəfinə abidə ucaldılsın.