Ağdamın bu kəndini macar şirkətləri tikəcək
Macarıstan şirkətləri Ağdamın Soltanlı kəndinin yenidən qurulmasında iştirak edəcək.
Demedia.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
“Yenidənqurma işlərini Macarıstan şirkətlərinin konsorsiumu həyata keçirəcək və bu konsorsium Azərbaycan hökuməti tərəfindən razılaşdırılıb”, - Siyarto bildirib.