Maşın nömrəsinin dəyişdirilməsi üçün rüsum artırılıb?



 15:57 22.08.2023     457

Avtomobilin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə onun yenisi ilə dəyişdirilməsi üçün rüsumun artırılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Demedia.az xəbər verir ki, yayılmış məlumatlar bir sıra sürücülərdə çaşqınlıq yaradıb.

Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev isə iddialarla bağlı Oxu.az-a açıqlamasında bunun yanlış məlumat olduğunu bildirib.

O qeyd edib ki, müvafiq qanuna əsasən, avtonəqliyyat vasitələri üçün mövcud dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə rüsum 30 manatdır.