Özbəkistan Prezidenti: "Bizim böyük Qarabağda..."



 18:44 23.08.2023     284

"Bizim böyük Qarabağda əsrlər boyu davam edən birliyimiz var".

Demedia.az xəbər verir ki, bu sözləri Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüş zamanı deyib.

"Babamız Əmir Teymurdan başlayan münasibətlərimiz indi də çox yaxşıdır. Qardaşımın Qələbəsindən sonra iki xalqın böyüklüyü, gələcəkdə də bir-biri ilə dostluğunu davam etdirməsi üçün bir məktəb tikdirmək arzusunda idim. Bu gün arzum gerçəkləşdi. Mən sizləri qayıdışınız və Qələbəniz münasibətilə təbrik edirəm. Sizlərin gələcək həyatınızın firavanlığı üçün qardaşım İlham Heydər oğlu Azərbaycanın dünya birliyində ildən-ilə nüfuzunu artırır. Görülən işlər gözəl nümunədir və biz bu xəbərləri eşitməkdən, bu möhtəşəm işləri görməkdən ancaq xoşbəxtik", - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər.