Sülhlə bağlı yeni təkliflər... - Paşinyan açıqladı
“Ermənistan Azərbaycana sülh sazişinin imzalanması ilə bağlı yeni təkliflər verib”.
Demedia.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulamaq istəyirəm. Sizə bildirməliyəm ki, biz Azərbaycan tərəfinə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təklifimizi göndərmişik", - o bildirib.