Paşayeva bir qrup aydın və fəalla görüşdü



 15:04 28.05.2021     550

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva xalq artisti Əlixan Səmədov, "Ozan dünyası" jurnalının baş redaktoru, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, Bengü TV-nin "Azərbaycan Rüzgarı" proqramının aparcısı Səidə Ömər, "Ekmən Hüquq və Danışmanlıq" şirkətinin qurucu-başçısı Səidə Ekmən, Dünya Bankının tərcüməçisi Aida Özbək, şairlər - Akif Əhmədgil, Şəhriyar del Gerani, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, kliniki psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva, "Loqos"un əməkdaşı Tural İsaqov, ictimai fəal gənclər - Səbinə İsmayılova, Tural Qəlbinur, Allahverən Pərvizoğlu ilə Mədəniyyət Komitəsində görüşüb.

Nexeber.az Axar.az-a istinadən xəbər verir ki, ziyalılarla Azərbaycan həqiqətlərinin təbliği, Qarabağda işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə keçid, Şuşanın Mədəniyyət Paytaxtı elan olunması, Nizami İli və başqa vacib istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Q.Paşayeva ziyalılara və gənc fəallara Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Ziyalılar, gənc fəallar səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.