Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi



 12:00 05.09.2023     323

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Əlibala oğlu Bağırov təqaüdə göndərilib.

Demedia.az Qaynarinfo.az istinadla xəbər verir ki, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin digər əmri ilə daxili xidmət mayoru Məmmədzadə Vüsal Nazim oğlu Bakı Regional Mərkəzinin rəis müavini təyin edilib.