Xarici İşlər Nazirliyi: Bölgədə yaşanan eskalasiyaya görə məhz Ermənistan cavabdehdir



 18:05 28.05.2021     518

“Bölgədə yaşanan bu eskalasiyaya görə məhz Ermənistan cavabdehdir”.

nexeber.az-ın xəbərinə görə, bu, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin Ermənistanın Naxçıvan istiqamətində törətdiyi təxribatla bağlı yaydığı məlumatında qeyd olunub.

“Ermənistanı təxribat əməllərinə dərhal son qoymağa, sərhədlərin toxunulmazlığına riayət etməyə və bölgədə vəziyyəti gərginləşdirən əməllərdən çəkinməyə çağırırıq”, - deyə bildirilib.