Xocavənd istiqamətində növbəti təxribatın qarşısı alındı



 20:55 09.09.2023     332

Sentyabrın 9-u saat 19:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

Bu barədə Demedia.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.